Xabi Alonso “Mançester Siti”nin futbolçusunu istəyir

“Bayer Leverkuzen” “Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makatini transfer etmək şərti ilə icarəyə götürmək istəyir.

Allsport.az xəbər verir ki, bundesliqa klubunun baş məşqçisi Xabi Alonso ingiltərəlinin zədəli Martin Teryeri əvəzləyəcəyinə əmindir. Bununla belə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Makatini buraxmaq istəmir. Pep gələcəkdə Martinin əsas komandanın oyunçusu olacağına inanır.

22 yaşlı futbolçu “şəhərlilər”in yetirməsidir. Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Makati cari mövsüm ərzində 14 oyun keçirib və 5 qol vurub.

Həmin kateqoriyadan