- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan güləş federasiyası (AGF) Salyan rayonunun Şorsulu kəndində xalq pəhləvanı Yaşar Cavadovun adını daşıyan idman klubunu zəruri inventarla təmin edib. Allsport.az xəbər verir ki, ikimərtəbəli idman zalında həm taktiki-texniki, həm də fiziki hazırlıq üzrə məşqlər keçmək üçün tələb olunan şərait yaradılıb.
Salyan və Neftçala rayonunun ümumilikdə 7 kəndindən (Şorsulu, Boranıkənd, Qaçaqkənd, Qazaqbərə, Dayıkənd, Seyidlər, Sarvan) olan 80-ə yaxın yeniyetmə idmançı Salyan UGİŞM-in məşqçi-müəllimi Tural Cavadovun rəhbərliyi altında sərbəst güləşin sirrlərinə yiyələnir.
Tədbir çərçivəsində sərbəst güləş üzrə U-20 millisinin böyük məşqçisi Arif Abdullayev, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov, Salyan UGİŞM-in direktoru Bilal Ələkbərov, Şirvan-Salyan regional gənclər və idman idarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elmar Əbilov, AGF-nin regional nümayəndəsi İlham Məmmədov zalda yaradılan şəraitlə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparılıb, məşqçilərə və idmançılara tövsiyələrini çatdırıblar.
Buna qədər Goranboy, İmişli və Qəbələ rayonunda güləşçilər və məşqçilərlə görüşən AGF rəsmilərinin regionlara səfəri davam edəcək.