- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Xorvatiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.
Zaqrebdə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla 150 xal toplayaraq ardıcıl 2-ci, ümumilikdə 4-cü dəfə Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb. Qarşılanma mərasimində gənclər və idman nazirliyinin, Azərbaycan güləş federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların yaxınları iştirak edib.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov belə deyib:
“Ötənilki uğuru təkrarladığımız üçün şadam. Qorxurdum ki, məndə alınmayacaq. Amma hər şey əksinə oldu və komanda hesabında birinci yeri tutduq. Buna görə sabiq baş məşqçi Namiq Abdullayevə təşəkkürümü bildirirəm. Çünki belə güclü komandanı mənə təhvil verib. Onun qurduğu işi davam etdirirəm. Sözsüz ki, daha çox qızıl medal qazanmaq istəyərdik. Dörd idmançımız finala çıxmışdı. Bəzi güləşçilərimiz zədəli idi. Onlar sağlam olsaydılar, daha fərqli nəticəyə imza atardıq. Təəssüf ki, Osman Nurmaqomedov, Maqomedxan Maqomedov finalda uduzdular. Onlara ümidlərimiz böyük idi. Bir həftə dincəldikdən sonra Bakıda toplaşıb dünya çempionatının hazırlıqlarına başlayacağıq. Bizi bir neçə hazırlıq mərhələsi gözləyir. Reytinq turnirlərində iştirak edəcəyik. Paris Olimpiadasına lisenziya verən dünya çempionatına ciddi hazırlaşacağıq”.
Zaqrebdə Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Qeorqi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.