- Baxış sayı: 301
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

«Göygöl Olimpiya İdman Kompleksində hazırlığımız yüksək səviyyədə oldu. Kubalı həmkarlarımızla sınaq matçı da xeyrimizə işlədi». Allsport.az saytı xəbər verir ki, bunu sərbəst güləş üzrə milli komandamızın kapitanı Xetaq Qazyumov (98 kq) dedi. 33 yaşlı titullu bahadırın sözünə görə, məşqçilər heyəti ona etimad göstərərsə, növbəti dəfə Rio oyunlarında uğur qazanmağa çalışacaq:
«Pekin və London olimpiadalarında bürünc medal qazandım. Sonrakı mötəbər yarışlar, o cümlədən, Bakı-2015-da baş mükafata sahib çıxdım. İndi karyeramın qurub çağını yaşayıram. Yenə fərqlənmək istəyim var. Məni idmanda saxlayanda budur. Rioda bütün rəqiblərimə hörmətlə yanaşıram. Ora vəsiqə qazanıblarsa, demək, güclüdürlər. Son hədəfim, «olimpiya bürüncü»nü «qızıl»a çevirməkdir».