- Baxış sayı: 178
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün Bakıda 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb.
Allsport.az xəbər verir ki, təmsilçimizin rəqibi Rumıniyanın “Styaua” klubu olub.
Səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə Qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb. Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.