“Xilasedici”dən inamlı qələbə

Bu gün kişi voleybolçular arasında yüksək liqanın I turundan təxirə salınmış “Gənclər” – “Xilasedici” qarşılaşması keçirilib.

Allsport.az xəbər verir ki, FHN-nin idman zalında baş tutan görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kişi voleybolçular arasında Yüksək Liqanın III turunun oyunları noyabrın 6-da keçiriləcək.

Oyunun nəticəsi
Yüksək liqa (kişilər)
I tur (təxirə düşən oyun)
30 oktyabr
“Gənclər” – “Xilasedici” — 0:3 (10:25, 15:25, 19:25)

Həmin kateqoriyadan