- Baxış sayı: 73
- 09 Dekabr 2025 11:52
- Baxış sayı: 139
- Dekabr 15, 2025
- 0

Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin milli komandanın formalaşdırılması məqsədilə 15-16 noyabrda xizək alpinizmi üzrə gənc idmançıların seçimi keçirilib.
Allsport.az saytı xəbər verir ki, proses federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər – Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib. Nəticələrə əsasən, 2 qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. “A” qrupu üzrə 3 qız və 3 oğlan, “B” qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.
Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün federasiya tərəfindən dəvət olunan xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlaşdırılacaq.
Məşqlər “Şahdağ” turizm mərkəzində həyata keçiriləcək.