- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupunun daha iki oyunu keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın Maltanı qəbul etdiyi gündə rəqibləri də iş başında olub.
Belə ki, Xorvatiya Norveçi, Bolqarıstan isə İtaliyanı qəbul edib. Zaqrebdəki qarşılaşmada xorvatlar rəqibini darmadağınla məğlub ediblər. İtaliyalılar isə Sofiyada ciddi müqavimətlə üzləşiblər. Erkən qol vurmasına baxmayaraq, qısa zaman sonra məğlub duruma düşən İtaliya yığması yalnız görüşün sonlarında bərabərlik qolunu vura bilib. Beləcə, liderin xal itirməsindən maksimum yararlanan Xorvatiya zirvəyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan yığması da ötən gecə Malta üzərindəki 2:0 hesablı qələbə sayəsində “zirzəmi”dən çıxmağa nail olub.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
28 mart
Xorvatiya – Norveç – 5:1
Qollar: Brozoviç, 30 (1:0). Perişiç, 54 (2:0). Oliç, 66 (3:0). Tettey, 81 (3:1). Şildenfeld, 87 (4:1). Pranyiç, 90+4 (5:1).
Matçın 69-cu dəqiqəsində qonaqların üzvü Elyunusi penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Çorluka, 74 (Xorvatiya).
Zaqreb. “Maksimir” stadionu. Hakim – Karlos Karbalyo (İspaniya).
Bolqarıstan – İtaliya – 2:2
Qollar: Minev, 4-öz qapısına (0:1), Popov, 11 (1:1), Miçanski, 17 (2:1). Eder, 84 (2:2).
Sofiya. Milli stadion. Hakim – Damir Skomina (Sloveniya).