“Xudafərin” mübarizəni Həvəskarlar Liqasında aparacaq

PFL tərəfindən 300 min manat bank təminatı istənilən və bu səbəbdən I Diviziona buraxılmayan “Xudafərin” klubu buna görə qətiyyən həvəsdən düşməyib. Allsport. az saytı xəbər verir ki, Cəbrayıl təmsilçisi Həvəskarlar Liqasında mübarizə aparacaq. Əsas hədəf heyəti qoruyub-saxlamaq və növbəti mövsümdən I Divizionda mübarizə aparmaqdır.

Rekord.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik stadion və baza məsələsini də həll etməyə çalışır. Hazırda yeni bazanın Bakıda, yoxsa cəbrayıllıların sıx yaşadığı Biləsuvarda tikililəsi müzakirə olunur. Rəhbərlik yaxın günlərdə klubun rəsmi təqdimatını da keçirəcək.

 

Həmin kateqoriyadan