Xüsusi olimpiya festivalı

Sentyabrın 24-də Bakıda xüsusi olimpiya festivalı keçirilib.

Allsport.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar əvvəlcə “İdmançı ustalıqları” zonası ilə tanış olublar. Burada badminton, gimnastika, cüdo, tennis, pauerliftinq və atletika üzrə xüsusi olimpiya idmançıları nümunəvi çıxışlar ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov və xüsusi olimpiya komitəsinin sədri Vüqar Behbudov çıxış ediblər. Festivalın bədii hissəsində isə daun sindromlu şəxslərin reabilitasiya mərkəzinin benefisiarları, Azərbaycan gimnastika federasiyasının gimnastları, sosial xidmətlər agentliyinin “Parla” inklüziv-mədəni kollektivi və sosial xidmət müəssisələrinin sakinləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Həmin kateqoriyadan