Xviça çempionlar liqasının qalibi olmaq istəyir

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya komandasını çempionlar liqasının 1/8 finalına çıxaran “Brest” üzərində 7:0 hesablı qələbədən sonra açıqlama verib.

Allsport.az xəbər verir ki, gürcü futbolçu turnirin çempionu olmağı qarşılarına məqsəd qoyduqlarını deyib:
“7:0 hesabı ilə qalib gəlmək asan olmadı, amma biz belə davam etməliyik. Mən çox xoşbəxtəm, komandamdan heyrətləndim.
Çempionlar liqasını qazana bilərikmi? Bu, bizim qarşımıza qoyduğumuz məqsədimizdir, buna nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

Həmin kateqoriyadan