- Baxış sayı: 34
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 100
- Aprel 21, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Neftçi”yə 0:2 hesabı ilə, iki görüşün yekununda 0:3 məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, oyun haqda bunu deyib:
“Bizim üçün bura gələn bütün azarkeşlərimizə təşəkkür edirəm. Komandaya lazım olan dəstəyi verdilər. Məğlub olsaq da, yanımızda oldular. Bu, gələcək oyunlar üçün motivasiya olacaq. Məncə, qarlı havada maraqlı oyun alındı. Yaratdığımız epizodlarda qol vura bilmədik. “Neftçi” ilə görüşlərdə daha çox qol vəziyyətləri yaradırıq. Amma istifadə edə bilmirik. Bunun üzərində işləməliyik. Dinamik oyun oldu, qırmızı və sarı vərəqələr gördük”