- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışında Qananın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatan yoxlama oyunundan sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə fikirlərini açıqlayıb. Allsport.az sizi həmin açıqlama ilə tanış edir.
“Bu toplanışda iki oyun keçirdik. Uşaqların əzmkarlığından razıyam. Komandada istək var idi. Qana yığması fiziki, atletik cəhətdən bizim komandadan güclüdür. Məğlub olmağımıza baxmayaraq, sona qədər mübarizə apardıq. Birinci hissədə baxımlı oyun göstərdik. Uşaqlarda bir az yorğunluq var idi. Amma yenə də sona kimi mübarizə apardılar. Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Ən böyük problemimiz hücum xəttindədir. Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur. Düzdür, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə oynaya biləcək hücumçu yoxdur”.