“Yay futbol düşərgəsi”sində 1-ci mərhələ

Allsport.az xəbər verir ki, “Sumqayıt” futbol klubunun layihəsi davam edir.

Düşərgənin ilk qrupunun iştirakçıları bu gün əvvəlcə Sumqayıt dövlət rəsm qalereyasında ekskursiyada olublar. Burada müxtəlif rəsm əsərləri ilə tanış olan şagirdlər öz rəssamlıq bacarıqlarını da nümayiş etdiriblər.

Sonra isə “ATS Food” MMC-nin “Çörəkçi” istehsalat müəssisəsinə səfər edən düşərgə iştirakçıları müxtəlif çörək və şirniyyatların hazırlanma prosesi ilə daha yaxından tanış olublar.

Həmin kateqoriyadan