- Baxış sayı: 49
- 18 Dekabr 2024 23:44
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Yapon döyüş növləri və mədəniyyəti assosiasiyası 31 oktyabr 2022-ci ildə gənclər və idman nazirliyi tərəfindən akreditasiyadan keçərək fəaliyyətə başlamıştır. Allsport.az saytı xəbər verir ki, YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq Yapon döyüş növlərinin inkişaf etdirilməsidir.
28 sentyabrda “EGP arena”da assosiasiyasının baş binasında idarə heyətinin növbəti iclası keçirilib. Gündəlikdə olan bir neçə məsələ haqqında müzakirələr aparılmış və bir sıra qərarlar alınıb. Yapon döyüş növləri və mədəniyyəti sssosiasiyası, Beynəlxalq ciu-citsu federasiyasının üzvü olaraq ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar olunub.
YDNMA-nın tərkibində ciu-citsu sektoru yaradılıb və sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən ona bu idman növünü inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda ciu-citsu üzrə Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.
İclasda bundan başqa təşkilat komitəsinin sədri Elşad Kərimov assosiasiyasının baş katib vəzifəsinə seçilib.