- Baxış sayı: 32
- 24 Aprel 2025 23:05
- Baxış sayı: 73
- Aprel 24, 2025
- 0
İsveçrənin Lozanna şəhərində yeniyetmələrin qış olimpiya oyunlarında mübarizə aparmış fiqurlu konkisürənimiz Yekaterina Ryabova açıqlama verib. Allsport.az xəbər verir ki, 17 yaşlı idmançı, çıxışından razı qalmadığını deyib:
“Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əskiklər var idi. Bu yarışda Azərbaycanı təmsil edən ilk idmançı olmaq çox əla hissdir. Bundan məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm.
Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu. Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacam”.
Yekaterina Ryabova Lozannada keçirilmiş yarışda 8-ci olub.