- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Yelkənli qayıq üzrə millimiz İzmirdə “Optimist” və “Laser” sinifləri üzrə təlim–məşq düşərgəsində iştirak edib. Allsport.az saytı xəbər verir ki, “Teos Marina”nın dəvəti ilə Türkiyənin nüfuzlu klubları da düşərgəyə qatılıblar.
Sonda təşkilatçının kuboku uğrunda yarış keçirilib. Bizimkilər səfər çərçivəsində Səfərihasar bələdiyyəsində olub, sədr Tunç Soyərlə görüşüblər. Azərbaycanlı idmançıları yüksək qonaqpərvərliklə qarşılayan bələdiyyə sədri yelkənçilərimizin çətin hava şəraitində peşəkarlıq nümayiş etdirdiklərini vurğulayaraq, onların çıxışını yüksək qiymətləndirib.
Düşərgəyə “Optimist” sinfi üzrə Murad Hacızadə, Murad İsmayılov, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, Timur Sıkaçevski, “Laser” sinfi üzrə İsmayıl Kərimov, Cavid Kərimov, Murad Allahverdi, heyətin rəhbəri Burcu Alqon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev qatılıblar.
Qeyd edək ki, aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Federasiya tərəfindən “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu komandaları xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir.
Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim-məşq düşərgələrinə qatılıblar. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.