Yeni KHL mövsümündə dünyanın ən böyük xokkey arenasında oynamayacaq

Kontinental xokkey liqasının yeni mövsümündə SKA ev oyunlarını “Buz sarayı”nda keçirəcək.

Allsport.az saytı xəbər verir ki, iyunun 9-na keçən gecə ötən ilin dekabrında istifadəyə verilən “SKA arena”da yanğın baş verib və qurğunun kassasına və tribunalarına ziyan dəyib.

21,5 min tamaşaçı tutumuna malik “SKA arena” dünyanın ən böyük xokkey arenasıdır. 12,3 min tamaşaçı tutumuna malik “Buz sarayı” 2001-ci ildən 2024-cü ilin yanvarına kimi ordu komandasının ev arenası olub.

SKA yeni KHL mövsümünün ilk ev matçını sentyabrın 12-də “Traktor”a qarşı keçirəcək.

Həmin kateqoriyadan