- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Aprelin 5-də Topaz Premyer Liqasında sonuncu – IV dovrənin startı veriləcək. Allsport.az xəbər verir ki, “Qəbələ” həmin gun Şuvəlanda AZAL-ın qonağı olacaq. Bu, komandalar arasında 26-cı goruş kimi tarixə duşəcək. Əvvəlki 25 oyundan 21-i çempionatda, 4-ü ölkə kubokunda olub. AzAL 10, “Qəbələ” isə 7 matçda qalib gəlib. Qalan 8 görüş heç-heçə ilə nəticələnib.
Şüvəlanda ikiillik məğlubiyyətsizlik
“Qəbələ” “təyyarəçilər”lə ötən mövsüm keçirdiyi 4 oyunun heç birində uduzmamışdısa (3 qələbə, 1 bərabərlik), bu mövsüm vəziyyət əksinədir. Tərlan Əhmədovun başçılıq etdiyi AzAL cari çempionatda Qəbələdə keçirilən matçlarda 2:1 və 1:0 hesabı ilə qələbə qazanıb, öz meydanında isə heç-heçə edib – 3:3. Digər tərəfdən, rəqib “Qəbələ”ni Şüvəlanda uzun müddətdir məğlub edə bilmir. “Qırmızı-qaralar” 2013-cü il martın 3-dən, yəni 2 ildən artıqdır səfərdə AzAL-a uduzmur.
“Qəbələ” rəqibi ilə son dəfə doğma arenada qarşılaşıb. İlin ilk rəsmi oyunu həm də Roman Qriqorçukun evdə debüt matçı olub. Fevralın 6-da baş tutan oyunda komanda 90 dəqiqə rəqibdən üstün futbol nümayiş etdirsə də, layiq olmadığı məğlubiyyəti aldı. Hələ matçın əvvəlində braziliyalı müdafiəçi Rafael Santos künc zərbəsindən sonra başla fərqlənsə də, baş hakim, FİFA referisi Rəhim Həsənov qaydanın pozulduğunu əsas gətirərək, təmiz qolu saymadı.
AzAL isə son saniyələrdə – 90+3-cü dəqiqədə təyin olunan penaltini sabiq futbolçu Rəşad Abdullayevin dəqiq zərbəsi ilə qola çevirdi. Yeri gəlmişkən, Rəşad cəzalı olduğundan, bu dəfə komandasına kömək edə bilməyəcək. “Qəbələ”də isə cəza baxımından problem yoxdur.
Qarşıdakı matç “Qəbələ” üçün həm çempionatda ardıcıl 5-ci qələbə qazanaraq tarixində yeni rekorda imza atmaq, həm də avrokuboklar mübarizəsində şansını artırmaq baxımından önəmlidir. Əslində, AzAL da rəqibi kimi kubokdan kənarda qaldıqdan sonra bütün diqqətini çempionata yönəldib və 4-cü yeri tutmaq şansını saxlayır. “Təyyarəçilər”lə xallar bərabər olarsa, üstünlük rəqibin tərəfində olacaq. Çünki şəxsi oyunların nəticəsi əsas götürüldüyündən AzAL cari mövsümdə bizdən şanslıdır.
Xatırladaq ki, millinin oyunlarından sonra çempionatımızda fasilə aprelin 1-də başa çatıb. Ancaq həmin gün “Araz Naxçıvan”la oynamalı olan “Qəbələ” (Naxçıvan təmsilçisi çempionatdan kənarlaşdırılıb) istirahət edib.
Dodo ilə Əmircanov hazırlıqdan kənarda
Əsas komanda əvəzedicilərlə yoxlama matçının ertəsi günü qısamüddətli istirahətə buraxılıb. Martın 31-də Qəbələdə yığışan “qırmızı-qaralar” məşqlərini davam etdiriblər. Millidə olan futbolçular Ruslan Abışovla Cavid Hüseynov komandaya həmin gün qoşulublar. “Qəbələ” aprelin 3-də səhər məşqini keçdikdən sonra paytaxta üz tutacaq. Matça son hazırlıq aprelin 4-də oyunun keçiriləcəyi “AzAL Arena”da olacaq.
Zədəlilərdən Dodo vətənində bərpa prosesini davam etdirir. Braziliyalı yarımmüdafiəçinin aprelin ilk günlərində düşərgəyə dönüşündən sonra yaşıl meydana qayıdışının tarixi bilinəcək. Digər zədəli futbolçu Ruslan Əmircanov da müalicə olunur. “Bakı” ilə builki oyundan sonra kənarda qalan müdafiəçi bir müddət öncə hazırlığa qatılmışdı. O, əvəzedicilərin heyətində “Sumqayıt”la ev oyununda meydana çıxmış, əsas komandanın “İnter”lə səfər matçında ehtiyatda olmuşdu. Yenidən dizində ağrıları olan Əmircanov həkim nəzarəti altında fərdi məşq edir.
Roman Qriqorçuk 18 günlük fasilə haqda
Ukraynalı baş məşqçimiz Roman Qriqorçuk “Qəbələ İK”ya açıqlamasında çempionatdakı fasilənin komandamız üçün gözlənildiyindən çox olduğunu bildirib: “Çünki III dövrənin son turunu məcburiyyətdən buraxmalı olduq. Əks təqdirdə, fasilə bizim üçün 18 gün yox, daha az olacaqdı ki, bu da normaldır. Milli komandalarla bağlı çempionatda həmişə belə pauzalar olur və klublar bu vəziyyətdən çıxmağı bacarmalıdır. Əsas məsələ yaranan fasilədən düzgün istifadə etməkdir. Bu fasilə bizim üçün işgüzar dövr idi və bundan maksimum yararlanmağa çalışdıq”.
Ukraynalı mütəxəssis fasilə müddətində yoxlama oyununun keçirilməsini vacib sayır: “Mən çox istərdim ki, güclü rəqiblə qüvvəmizi sınayaq və hətta bunun üçün xaricə gedək. Ancaq bu, mümkün olmadığından başqa addım atdıq və istənilən halda, sınaq matçı keçirdik. Hazırlığı Qəbələdə keçirməyimizin səbəbi burada çox yaxşı şəraitin olmasıdır”.
Xatırladaq ki, əsas komanda əvəzedici heyətimizlə martın 28-də Qəbələdə keçirdiyi yoxlama oyununda 7:2 hesabı ilə qalib gəlmişdi. (“Qəbələ” İK qəzeti)