Yenidən “Benfika”da

“Beşikdaş”ın portuqaliyalı futbolçusu Rafa Silva sabiq klubu “Benfika”ya transfer olunub.

Allsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Lissabon təmsilçisi ilə 2028-ci ilin yayınadək müqavilə imzalayıb. Bu keçid üçün “Benfika”nın İstanbul klubuna təxminən 7-7,5 milyon avro təzminat ödəyəcəyi bildirilir. Silva vətəninə qayıtmaq üçün maliyyə güzəştinə gedərək 2,2 milyon avro illik maaşla razılaşıb.

Rafanın Türkiyə macərası 65 oyunda vurduğu 23 qol və qazandığı bir superkubokla yadda qalıb.

Həmin kateqoriyadan