- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə 67 kq-da Həsrət Cəfərov döşəyə çıxdı. O, finalda iranlı Səid İsmaili ilə qarşılaşdı və rəqibə 1:2 yenildi. Mükafatlandırmadan sonra Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələrinə bunu dedi:
“İkinci finalda da uduzdum, demək nəsə çatmır, bunun üzərində işləyəcəyəm. Həlledici görüş düşünüldüyü kimi gedirdi. Parterdə qaldırıb atma fəndini edə bilmədiyimə görə məğlub oldum. Hər şeyi onun üzərində qurmuşdum. İstəyimə nail olan zaman hakimin fiti səsləndi. Hesab edirəm ki, bir az geçikdim.
Yenilgiyə haqq qazandırmaq olmaz. Nəsə şatmadı ki, uduzdum. Yəqin səhvlərim var. Evə döndükdə məşqçilər heyəti ilə bunu müzakirə edəcəyəm”.
Kamran HACI, Zaqreb