Yeniyetmə ağırlıqqaldıranlarımız dünya birinciliyində

3-10 apreldə Tailand paytaxtı Banqkokda yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarış gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yüzə yaxın ölkədən 538 atletin (179 qız və 359 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq. Artıq heyətimiz də məlumdur.

Bunlar İsmayıl Məmmədov və Elməddin Hüseynov (hər ikisi – 56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq) və Səbinə Əzimovadır (48 kq).

Həmin kateqoriyadan