Yeniyetmə ağırlıqqaldıranlar ölkə birinciliyində

16-19 fevralda Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın ağırlıqqaldıran iştirak edəcəklər.

Məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, bu idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir. Bütün media nümayəndələri və ağır atletika sevərlər dəvətlidir.

Həmin kateqoriyadan