Yeniyetmə ağırlıqqaldırma yığmamız qitə birinciliyində ən çox medal qazanan olub

Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 264 idmançı (117 oğlan və 147 qız) iştirak edib. Bizdən ilk yaş qrupunda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub.

Belədə, Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib. Bu sıralamada 2-ci pillədə Gürcüstan (5 qızıl, 1 gümüş), 3-cü yerdə isə İtaliya (4 qızıl, 2 gümüş, 3 bürünc) qərarlaşıb. Ermənistan (4 qızıl, 2 gümüş) isə 4-cü olub.

Əlavə edək ki, yığma komandamızın üzvləri 7 Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə 3 dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyib. Bu yaş qrupunda yığma komandamız xal hesabında yalnız Türkiyədən geri qalaraq 2-ci pilləni tutublar. 7 atletimiz toplam 453 xal əldə edib. Lider Türkiyə 516 xal qazanıb. 3-cü olan İtaliya yığmasının aktivində cəmi 357 xal olub.

Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 1 oğlan və 1 qız atlet çıxış etsə də, nəticələrimiz uğurlu alınıb. Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanana reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında 2-ci yeri tutub.

Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı.

Həmin kateqoriyadan