- Baxış sayı: 36
- 24 Dekabr 2024 20:30
- Baxış sayı: 170
- Dekabr 18, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı başlayıb.
Allsport.az xəbər verir ki, yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub – 4:6. Elnar bürünc medal uğrunda moldovalı Viktor Postika ilə güləşib və 7:2 hesablı qələbə qazanıb.
Ayxan Cavadov (55 kq) israilli David Şevçenko vəalbaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb – 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ayxan italiyalı Qabriele Puçerə tam üstünlüklə qalib gəlib – 8:0. Həmyerlimiz həlledici qarşılaşmada ermənistanlı Yuri Karapetyanı 5:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, 1/8 finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.
Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub – 0:9. Əliyev gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib. Mahir finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə (1:1) əsasən məğlub edərək komandamıza 4-cü bürünc medalı qazandırıb.