Yeniyetmə güləşçilər dünya birinciliyinə yollanır

Avqustun 19-dan 25-dək İordaniyanın paytaxtı Əmmanda U-17 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, cari ilin ilk böyük sınağında 576 yeniyetmənin iştirakı gözlənilir.

Rəqabətin ilk günlərində meydan yunan-Roma güləşçilərinə veriləcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), Emil Abdullayev (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Abdullah Həsənov (110 kq) uğur qazanmağa çalışacaqlar.

Sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun komandası mübarizəyə qoşulacaq. Heyətdə Nəzrin Əhmədli (40 kq), Əsra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yer alıblar.

DÇ-nin son günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi ilə Rəvan Həsənzadə (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Məhəmməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Nihad Abbasov (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və Məhəmməd Qandəmirov (110 kq) ölkəmizi təmsil edəcəklər.

Görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.

Dünya çempionatında 1-ci dərəcəli beynəlxalq hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan