- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Antalyada yeniyetmə güləşçilərin “Qələbə kuboku” sona yetib. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışın son günündə yığma üzvləri 11 medal qazanıb. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olub. Əli Əlizadə (65 kq) 2-ci, Tural Əhmədovla (55 kq) İsmayıl Rzayev (80 kq) 3-cü yer tutublar. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında 1-ci yeri tutub.
Sərbəst güləşdə Vasif Bağırovla (48 kq) İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında 3-cü yeri tutub.
Qızlarda son gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) qalib olub. Ruzanna Məmmədova (49 kq) 2-ci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıb. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında 3-cü yeri tutub.
Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıb.