- Baxış sayı: 72
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 38
- Dekabr 16, 2025
- 0

Gürcüstanın Batumi şəhərində dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, ev sahibi ilə yanaşı, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya komandalarının mübarizə apardığı yarışda pəhləvanlarımız 2 gümüş və 7 bürünc medal qazanıb.
Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) yalnız final görüşündə uduzublar. Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi – 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) 3-cü yer tutublar.
Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan yığmasından sonra 2-ci yeri tutub.