Yeniyetmə güləşçilərimiz dünya birinciliyinə yollanacaq

13-18 sentyabrda Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələrin dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi millimiz böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi ilə yarışın ilk 2 günündə mübarizə aparacaq. Heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıblar.

Sonra qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə ölkəmizi Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Alina Zakoyeva (46 kq), Jalə Əliyeva (49 kq), Adelina Mirzəyeva (52 kq) və Ceyla Nağızadə (56 kq) təmsil edəcəklər.

Son günlərində sərbəst güləşçilər çıxış edəcəklər. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Mahir Məmmədzadə (42 kq), Ramiz Həsənov (46 kq), Əsgər Məmmədəliyev (50 kq), Turan Bayramov (54 kq), Daur Psardiya (58 kq), İnal Jopua (63 kq), Abakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) qalib adı uğrunda mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.

Həmin kateqoriyadan