- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
23-29 apreldə Kiyevdə yeniyetmələrin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa hazırlıq məqsədi ilə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Xaçmaz Olimpiya İdman Kompleksindədirlər. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında ümumilikdə 42 bahadır iştirak edir.
Yeniyetmə-gənc qızlar və qadın güləşçilərimiz Astara Olimpiya İdman Kompleksində hazırlaşırlar. Toplanışda yığma komandanın 17 üzvü ilə yanaşı, Özbəkistan yığma komandasının 9 üzvü də iştirak edir. Martın 12-dən başlayan toplanış ayın 25-dək davam edəcək.
Bbu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü olimpiya oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər “dördilliy”ə birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.