Yeniyetmə qız güləşçilərimiz İzmirdə qüvvələrini sınayacaq

28-30 apreldə Türkiyənin İzmir şəhərində Mahmud Atalay və Yaşar Ərxanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, hər üç növdə keçiriləcək yarışda qızlardan ibarət çillimizin üzvləri iştirak edəcək.

Komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə qardaş ölkəyə 10 güləşçimiz yollanıb. Bunlar Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi – 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadədirlər (65 kq).

Məlumat üçün bildirək ki, aprelin 21-dən Türkiyəyə yollanan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir. Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Zaur Şərifov təmsil edəcək.

Həmin kateqoriyadan