Yeniyetmə qızlarımız İzmirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Türkiyənin İzmir şəhərində Mahmud Atalay və Yaşar Ərxanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) 1-ci yer tutublar. 49 kq-da Sevinc Əhədova gümüş medala yiyələnib. Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) bürünc mükafatla kifayətləniblər.

Məlumat üçün bildirək ki, böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə yığma komandanın 10 üzvü aprelin 21-dən Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edib. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov təmsil edib.

Həmin kateqoriyadan