Yeniyetmə qızların mübarizəsi başlayır

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulur.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.

Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində qızlar mübarizə aparacaq. Azərbaycan güləşçiləri 4 çəkidə yarışacaq.

38 kq
1/4 final – Ankus Ankus (İND) – Zelfira Ələkbərli

43 kq
1/8 final – Ülkər Babayeva – Jodalis Santiaqo (PUR)

49 kq
1/16 final – Səbinə Həmzəlzadə – İda Jonsson (SWE)

56 kq
1/16 final – Dominika Kulviçka (POL) – Şəbnəm Əhmədova

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Həmin kateqoriyadan