- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
16-17 dekabrda Dağıstanın Kaspiysk şəhərində dünya və 5-qat Avropa çempionu Quraməhəmməd Quraməhəmmədovun mükafatı uğrunda yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi ilə millimizin 19 üzvü qonşu respublikada mübarizə aparacaq.
Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi – 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (69 kq), İslam Əliyev, Əbubəkr Abakarov və Abdulmuslim Məmmədov (76 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək. Proqrama əsasən, dekabrın 16-da 42, 50, 58, 69 və 85 kq, dekabrın 17-də isə 46, 54, 63, 76, 100 və 120 kq çəki dərəcələrində idmançılar çıxış edəcəklər.