Yeniyetmə sərbəst güləşçilərimizdən qitə birinciliyində 1 gümüş və 1 bürünc medal

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə “sərbəstlər”in mücadiləsində ilk nəticəyə əsasən Tofiq Əliyev (42 kq) 2-ci, Turan Bayramov (58 kq) 3-cü, Ramiz Həsənov (50 kq) 5-ci yer tutub.

Bu yarışı digərlərindən fərqləndirən önəmli məqam, qaydalarda edilən bəzi dəyişikliklər burada test edilməsidir. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur.

Proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Həmin kateqoriyadan