Yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 1999-2000-ci il təvəllüdlü yeniyetmə sərbəst güləşçilər arasında 224 idmançı mübarizə aparıb.

Nəticələrə görə, Seyid Şərifov (42 kq), Ramin Əzimov (46 kq), Çoban İsmayılzadə (50 kq), İntiqam Vəlizadə (54 kq), Elmar İbrahimov (58 kq), Orxan Əliyev (63 kq), Xəzər Bağırov (69 kq), Murad Həsənov (76 kq), Yelmar Nəbiyev (85 kq) və Asxab Həmzətov (100 kq) 1-ci yeri tutublar.

Yunan-Roma güləşində 281 idmançı çıxış edib. Zaur Əliyev (42 kq), Elgün Cəfərquliyev (46 kq), Fərid Qafarov (50 kq), Zaur Nuriyev (54 kq), Fazil Mirzəyev (58 kq), Niyaz Ərzumanov (63 kq), Şirxan Quliyev (69 kq), Ülvi Qənizadə (76 kq), Tehran Əmirzadə (85 kq) və Uğur Hacılı (100 kq) qalib gəliblər.

Sərbəst güləş üzrə yarışda 1-3-cü yerləri, yunan-Roma güləşində 1-4-cü tutmuş idmançılar növbəti açıq respublika turnirinə vəsiqə qazanıblar.

Həmin kateqoriyadan