- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

13-16 oktyabrda Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, paytaxdakı idman təşkilatlarında təlim-məşqi təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
4 gün davam edəcək birincilikdə ilk beşlikdə qərarlaşan idmançılar Respublika turnirinə vəsiqə əldə edəcək.