Yeniyetmə və gənc güləşçilərin respublika turniri keçiriləcək

Oktyabrın 26-28-də Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi, oktyabrın 29-30-da isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yeniyetmələrin yarışında 1999-2000, gənclərin yarışında isə 1996-1998-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaq. Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək.

Buna qədər AGF-nin nümayəndəliklərində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin seçim yarışları keçirilib. Seçim yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib. Turnirin final mərhələsində, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisi mübarizə aparacaq.

Həm yeniyetmələr, həm də gənclərin yarışında ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi oktyabrın 26-da, saat 17:00-da gerçəkləşəcək. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Azarkeşlərin arenaya girişi sərbəstdir.

Proqram

26 oktyabr
42, 46, 50, 54, 58 və 63 kq yunan-Roma güləş üzrə yeniyetmələr

27 oktyabr
69, 76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr
42, 46 və 50 kq sərbəst güləş üzrə yeniyetmələr

29 oktyabr
54, 58, 63, 69, 76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr

30 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

31 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

Qeyd: İlk gün mübarizə aparacaq güləşçilərin çəki mərasimi Bakı İdman Sarayında (Neftçilər pr. 26a) keçiriləcək və bazar günü – 25 oktyabr 2015-ci il, saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan