- Baxış sayı: 36
- 12 Noyabr 2024 12:58
- Baxış sayı: 68
- Noyabr 12, 2024
- 0
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən millimiz uğurlu çıxış edib.
Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) bürünc medala yiyələniblər.
Gənc qızlarımız böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi ilə mübarizə aparıb. Millimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları bizə Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), qazandırıb. Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) 2-ci, Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) 3-cü yer tutublar.