Yeniyetmə yunan-Roma güləş millimiz Avropada yenə tarix yazdı! Azərbaycan bu dəfə də 1-cidir!

Allsport.az saytı xəbər verir ki, Serbiyanın Novı Sad şəhərində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi ilə yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Beləliklə, Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub! Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla 3-cü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub. Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Xatırladaq ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov (110 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan