- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Tiflisdə yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, ilk 2 yarış günündə yunan-Roma üsulunda çıxış edənlərin qalibləri müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi ilə mübarizə aparan millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc qazanıb.
46 kq-daFail İsgəndərov hamını üstələyib. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzublar. Bürünc mükafata Zaur Əliyev (42 kq) ilə Zaur Nuriyev (50 kq) yiyələniblər.
Komanda hesabında 63 xal toplayan yığmamız dünya birinciliyini 2-ci sırada tamamlayıb. İran (68 xal) 1-ci, Türkiyə (63 xal) millisi 3-cü olub.