- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. Allsport.az saytı xəbər verir ki, yeniyetmə yunan-Roma güləşçilərimizdən ibarət millimiz böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Qurban Qurbanov (42 kq), Əsgər Əlizadə (50 kq) 1-ci, Ariz Hüseynov (42 kq) 2-ci və Zaur Əliyev (50 kq) q3-cü olublar. Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov təmsil edir.
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, dünya çempionatı 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.