- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, yeniyetmə yunan-Roma güləşçilərimizdən ibarət millimiz böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə yarışın 2-ci günündə 1 qızıl və 1 gümüş medal qazanıb.
Bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) 1-ci olub. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov 2-ci yerlə kifayətlənib.
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, dünya çempionatı 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.