- Baxış sayı: 22
- 16 Yanvar 2026 21:40
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Gəncə regional voleybol klubunun (RVK) Yevlax və Ağdaş bölmələrinin yeniyetmə voleybolçuları və məşqçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda Gəncə RVK-nın rəhbəri Şamil Həsənli, klubun direktoru Sərxan Məmmədov və yeniyetmə voleybolçuların valideynləri də iştirak ediblər.
Söhbət zamanı federasiya prezidentinə Gəncə RVK-nın Yevlax və Ağdaş bölmələrində görülən işlər, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Şahin Bağırov AVF-nin ölkəmizdə voleybolun inkişafı və kütləviliyinin artırılması istiqamətində həyata keçirdiyi işlərdən danışıb, gənc idmançılara tövsiyələr verib və onlara uğurlar arzulayıb.