Təlim-məşqi başa vurdu

Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir şəhərində yerləşən Kür olimpiya idman kompleksində təlim-məşq toplanışını sona vuraraq Bakıya qayıdıb.

Allsport.az xəbər verir ki, Azərbaycan üzgüçülük federasiyası, gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə noyabr ayının 5-dən başlayaraq keçirilən hazırlıqlarda 16 üzgüçü və 5 məşqçi iştirak edib. Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq ediblər. Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə təlim-məşq toplanışının məqsədi qarşıdan gələn iki vacib yarışlara hazırlıqdır:

“5-24 noyabrda bütün milli komanda tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı su idmanı sarayında təşkil olunacaq Azərbaycan açıq qış çempionatına və ən əsası isə 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək açıq Estoniya qış çempionatına hazırlıqdır. Milli komandanın yetirmələri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər.

Təlim-məşq toplanışında həm də məqsəd üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra dekabrın 5-18 tarixlərində idmançılarımız Estoniya səfərinə hazırlıq prosesinə başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik” – deyə millinin baş məşqçisi əlavə edib.

Həmin kateqoriyadan