- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 190
- Mart 19, 2026
- 0
17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız üçüncü oyununu keçirib. Allsport.az xəbər verir ki, Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Zəhra İncəoğlu (25-ci dəqiqə), Firəngiz Teymurova (57), Vüsalə Seyfətdinova (59) və Rövşanə Sərdarlı (68) vurub.
Qeyd edək ki, yığmamız ilk oyununda Moldovaya 1:3 uduzsa da, Latviyaya 3:0 hesabıyla qalib gəlmişdi.