- Baxış sayı: 52
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0
Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. Allsport.az xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Xatırladaq ki, millimizin məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər.