- Baxış sayı: 52
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Allsport.az Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iyun ayında baş tutacaq görüşdə yığmamızın rəqibi öz meydanında İsveç millisi ilə qarşılaşacaq.
Norveç – İsveç oyunu iyunun 8-də, “Ullevaal” stadionunda keçiriləcək. Bu görüşdən 4 gün sonra Norveç yığması “Avro-2016″nın seçmə mərhələsində evdə millimizi qəbul edəcək.
Qeyd edək ki, Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.