- Baxış sayı: 213
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam həmrəyliyi oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
Allsport.az xəbər verir ki, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.
Millimiz noyabrın 4-də mübarizəyə start verəcək. Komandamız Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan – Tacikistan
6 noyabr
15:00. Azərbaycan – İran
9 noyabr
18:00. Azərbaycan – Türkiyə
12 noyabr
15:00. Azərbaycan – Əfqanıstan