- Baxış sayı: 278
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, yığma komandanın baş məşqçi əvəzedicisi Toğrul Əsgərov Heydər Əliyev beynəlxalq hava limanında təşkil olunan brifində fikrini bildirib:
“İlk öncə bizə belə qələbə sevinci yaşatdıqları üçün idmançılarımızı təbrik edirəm. Əllərindən gələni etdilər. Buna hamı şahid oldu. Federasiyaya da dərin təşəkkürümü bildirirəm. İdmançılarımız üçün nə lazımdırsa, artıqlaması ilə edirlər. Yolumuz olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqki müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.